Kanada İranla əlaqələrin genişləndirilməsinin tərəfdarıdır
May 03, 2016 16:26 Asia/Baku
-
Kanada İranla əlaqələrin genişləndirilməsinin tərəfdarıdır
Kanada xarici işlər naziri İranla münasibətlərin genişləndirilməsini müsbət qarşılayıb.
Kanadanın National Post qəzetinin məlumatına görə, Kanada xarici işlər naziri Stefan Dion etiraf edib ki, bu ölkənin Tehrandakı səfirliyinin bağlanması yanlış idi.
Kanada xarici işlər naziri İranla əlaqələrin yenidən bərpa edilməsi üzrə Kanada hökumətinin proqramını açıqlayıb və öncəki mühafizəkar hökumətin Tehrandakı səfirliyin bağlanması ilə bağlı qərarını yanlış adlandırıb.
Kanada rəsmiləri iranlı həmkarları ilə iki ölkə arasında diplomatik əlaqələrin yenidən qurulması istiqamətində ilkin danışıqlara başlayıblar.
Kanadanın baş naziri Justin Trodo da bundan öncə İranla əlaqələrin normallaşdırılmasını müsbət qarşılayıb.