Obama Suriyada fövqəladə vəziyyətin müddətini uzaldıb
https://azeri.sahartv.ir/news/dünya-i217093-obama_suriyada_fövqəladə_vəziyyətin_müddətini_uzaldıb
Ağ ev bildirib ki, Suriya ilə əlaqədar fövqəladə vəziyyətin müddətini daha bir il üçün uzaldıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2016 07:30 Asia/Baku
  • Obama Suriyada fövqəladə vəziyyətin müddətini uzaldıb
    Obama Suriyada fövqəladə vəziyyətin müddətini uzaldıb

Ağ ev bildirib ki, Suriya ilə əlaqədar fövqəladə vəziyyətin müddətini daha bir il üçün uzaldıb.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Barak Obama dövləti bu gün səhər çağı bir bəyanat yayaraq Suriya ilə əlaqədar fövqəladə vəziyyətin növbəti bir il üçün də uzadıldığını bildirib.

Ağ evin bəyanatında Bəşar Əsəd hökümətinə qarşı əvvəlki iddialar təkrarlanaraq deyilir: Obama ilk dəfə 2004-cü il may ayının 11-də icra üçün verilən və sonra hər il müddəti uzaldılan göstərişinin icra müddətini növbəti bir il üçün də uzaldıb. Bu göstəriş bəzi şəxslərin əmlakını dondurur və Suriyaya müəyyən malların ixracatına qadağa qoyur.