Rusiya: Əsəd Suriyanın qanuni prezidentidir
https://azeri.sahartv.ir/news/dünya-i217285-rusiya_Əsəd_suriyanın_qanuni_prezidentidir
Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi bildirib ki, Bəşşar Əsəd Suriyanın qanuni prezidentidir və bu ölkənin gələcəyi barəsində qərar Suriya vətəndaşları tərəfindən verilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2016 04:22 Asia/Baku
  • Əsəd Suriyanın qanuni prezidentidir
    Əsəd Suriyanın qanuni prezidentidir

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi bildirib ki, Bəşşar Əsəd Suriyanın qanuni prezidentidir və bu ölkənin gələcəyi barəsində qərar Suriya vətəndaşları tərəfindən verilməlidir.

İRNA-nın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq məsələləri üzrə müavini Mixail Boqdanov İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahianla Moskvada görüşdə regionun və Suriyanın mürəkkəb vəziyyətinə toxunaraq deyib: Suriyanın müxtəlif bölgələrində atəşkəsin davam etməsi və genişlənməsi zəruridir.

Bəzi silahlı müxalif qruplar və region ölkələrinin Cenevrədəki suriyalı-suriyalı son müzakirələrin zəiflədilməsi üzrə səylərini tənqid atəşinə tutan Boqdanov Suriyanın siyasi gələcəyinin təyin olunmasında suriyalıların təbii haqqını vurğulayıb.