Qoşulmama Hərəkatı İranın əmlakına əl qoyulması barədə Amerikanın qərarına etiraz etdi
https://azeri.sahartv.ir/news/dünya-i217291-qoşulmama_hərəkatı_İranın_əmlakına_əl_qoyulması_barədə_amerikanın_qərarına_etiraz_etdi
Qoşulmama Hərəkatı bir bəyanatda İranın Mərkəzi Bankının əmlakının müsadirə olunması üzrə Amerika hökuməti, Konqresi və məhkəmələrinin səyini rədd olunmuş adlandırıb və beynəlxalq qanunlara əsasən dövlətlərin toxunulmazlığı prinsipini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2016 04:38 Asia/Baku
  • Qoşulmama Hərəkatı Amerikanın qərarına etiraz etdi
    Qoşulmama Hərəkatı Amerikanın qərarına etiraz etdi

Qoşulmama Hərəkatı bir bəyanatda İranın Mərkəzi Bankının əmlakının müsadirə olunması üzrə Amerika hökuməti, Konqresi və məhkəmələrinin səyini rədd olunmuş adlandırıb və beynəlxalq qanunlara əsasən dövlətlərin toxunulmazlığı prinsipini vurğulayıb.

İRİB-in məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Qulaməli Xoşru Qoşulmama Hərəkatı tərəfindən bu bəyanatın verilməsi ardınca BMT baş katibinə məktub ünvanlayaraq qeyd olunan bəyanatın Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi olaraq yayılmasını istəyib.

Qoşulmama Hərəkatı bu bəyanatda dövlətlərin və onların milli qurumlarının toxunulmazlığını pozulması ilə beynəlxalq hüququn problemlə üzləşdirilməsinə dair Amerikanın qərarına etiraz edərək bildirib ki, İranın Mərkəzi Bankının əmlakının amerika tərəfindən müsadirə olunması qanun pozuntusudur. Çünki beynəlxalq əlaqələrdə de-stabillik və beynəlxalq səviyyədə qanuni dövlətin zəifləməsinə şərait yarada bilər.

Amerikanın Ali Məhkməsi 20 apreldə təsdiqləyib ki, Amerika məhkəmələri "terror cinayətləri"ndən zərərçəkənlərin şikayətini araşdırarkən İranın dondurulmuş əmlakından kompensasiyanın ödənməsi üçün istifadə edə bilərlər.

Bu işin şikayətçiləri 1983-cü ildə Livanın Beyrut şəhərində partlayış nəticəsində 241 amerikalı piyadanın yaxınlarından ibarət bir qrupdur.