Meriland orta məktəbində silahlı insident
https://azeri.sahartv.ir/news/dünya-i217306-meriland_orta_məktəbində_silahlı_insident
ABŞ-ın Meriland polisi bildirib ki, bir orta məktəbdə silahlı insident bir nəfərin həlak olması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2016 07:35 Asia/Baku
  • Meriland orta məktəbində silahlı insident
    Meriland orta məktəbində silahlı insident

ABŞ-ın Meriland polisi bildirib ki, bir orta məktəbdə silahlı insident bir nəfərin həlak olması ilə nəticələnib.

Röytersin məlumatına görə, Prins Corc şəhəri polisi əlavə edib: Silahlı insidentdə iki nəfər də yaralanıb.

Polis idarəsinin sözçüsü Herri Bondun sözlərinə görə, indiyə qədər bu insidentin səbəbi bəlli olmayıb.

Amerika məktəbləri adətən belə silahlı insidentlər və onun tələfatının şahidi olur.

Silahlı insident arxivi internet portalının statistikasına əsasən Amerikada 2016-cı ilin əvvəlindən indiyə qədər silahlı insident nəticəsində 4400 nəfər dünyasını dəyişib.

Daily News nəşrinin statistikasına əsasən, hazırda Amerikada 270-300 milyon silah vardır və hər bir nəfərə təxminən bir silah düşür.