BMT Qoşulmama Hərəkatının məktubuna münasibət bildirib
https://azeri.sahartv.ir/news/dünya-i217336-bmt_qoşulmama_hərəkatının_məktubuna_münasibət_bildirib
BMT sözçüsü deyib: Bu təşkilat Amerikanın İranın əmlakının müsadirə olunması üzrə səylərinə qarşı Qoşulmama Hərəkatının məktubunu araşdırmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2016 13:38 Asia/Baku
  • BMT Qoşulmama Hərəkatının məktubuna münasibət bildirib
    BMT Qoşulmama Hərəkatının məktubuna münasibət bildirib

BMT sözçüsü deyib: Bu təşkilat Amerikanın İranın əmlakının müsadirə olunması üzrə səylərinə qarşı Qoşulmama Hərəkatının məktubunu araşdırmaqdadır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, BMT Qoşulmama Hərəkatının Amerika hökumətinin İranın əmlakından təxminən 2 milyard dolların müsadirə olunması üzrə səylərinə qarşı məktubuna münasibət bildirib.

Məlumata görə, BMT sözçüsü Stefan Dojarrik bu barədə deyib: BMT İranın əmlakının müsadirə olunmasına qarşı Qoşulmama Hərəkatının məktubunun məzmunu ilə tanış oldu və onun detallarını araşdırmaqdadır.

Qoşulmama Hərəkatı ABŞ Ali Məhkəməsi tərəfindən İranın əmlakının müsadirə olunmasının qeyri-qanuni hərəkət adlandırıb və bildirib ki, bu hərəkət beynəlxalq səviyyədə qanunun hakimliyini zəiflədə və beynəlxalq əlaqələrdə de-stabilliyə şərait yarada bilər.