Türkiyədə iki müxalif jurnalist həbsə məhkum edilib
-
Türkiyədə iki müxalif jurnalist həbsə məhkum edilib
İki türkiyəli jurnalist sirli dövlət məlumatlarını ifşa etmək günahı ilə hər biri beş ildən yuxarı həbsə məhkum edilib.
IRNA-nın məlumatına görə, bu tanınmış iki türkiyəli jurnalist mühakimə edilib və cümə günü məhkəmənin yekun iclasında onların məhkumluq hökmü verilibdir.
Məhkəmə hökmü elə bir halda verilibdir ki, bu jurnalistlərdən biri- Can Dondar İstanbul ədliyyə idarəsinin ərazisində silahlı hücuma məruz qalıbdır.
Bu hadisədə müxalif Cumhuriyyət qəzetinin redaksiya heyətinin müdiri Can Dondara bir zərər dəyməyibdir.
Casusluqda ittiham olunan iki jurnalistin son məhkəmə iclası barədə reportaj hazırlamaq üçün məhkəmə zalına gəlmiş NTV xəbər kanalının müxbiri bu hadisədə yaralanıbdır.
İstanbul cinayət məhkəməsi məhkəmənin yekun iclasında Can Dondarı sirli dövlət məlumatlarını ifşa etmək günahı ilə beş ildən on il müddətinə, digər jurnalist Erdəm Gülü də beş il müddətnə həbsə məhkum edibdir.
Bu iki nəfər ötən il həbs olunaraq, zindana salınmışdı ki, Türkiyə əsas qanun məhkəməsinin hökmü ilə azad edildi, lakin onların mühakimə prosesi davam edibdir.
Bu iki jurnalistin azad edilməsi Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın kəskin etirazı ilə üzləşibdir.
Can Dondar və Erdəm Gül üç aydan çox zindanda qalıblar ki, bu həbs geniş beynəlxalq rezonansa səbəb olub və Türkiyədən istənilibdir ki, mediaların azadlığına hörmət etsin.