Obama: Trampın fəaliyyət keçmişinə yenidən baxılmalıdır
https://azeri.sahartv.ir/news/dünya-i217432-obama_trampın_fəaliyyət_keçmişinə_yenidən_baxılmalıdır
Amerika prezidenti Barak Obama qarşıdakı prezident seçkilərinə respublikaçıların namizədi Donald Trampın fəaliyyət keçmişinin araşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2016 12:59 Asia/Baku
  • Obama: Trampın fəaliyyət keçmişinə yenidən baxılmalıdır
    Obama: Trampın fəaliyyət keçmişinə yenidən baxılmalıdır

Amerika prezidenti Barak Obama qarşıdakı prezident seçkilərinə respublikaçıların namizədi Donald Trampın fəaliyyət keçmişinin araşdırılmasını istəyib.

Frans press-in verdiyi məlumata görə Barak Obama Donald Trampın Ağ evə girmək üçün həyata keçirdiyi təşəbbüslərinin araşdırılmalı olduğunu bildirib və ABŞ-da prezidentliyin televiziya tamaşası olmadığını xatırladıb.

" Amerikanın prezidentliyi kürsüsünə keçmək əyləncə deyil ki, namizədlər səs toplamaq üçün istənilən mövqe tutsunlar."-deyə obama bildirib.

Respublikaçı namizədlər arasında Donald Tramp seçki kampaniyasında miqrantlara qarçı çox sərt mövqelər səsləndirir və hətta müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoyulmalı olduğunu deyir.

Donald Trampın partiya daxili son rəqibləri Ted Kruz və Con Kisikin namizədlikdən kənarlaşdıqlarından sonra, qalmaqallı milyonçu Tramp respublikaçıların qarşıdakı prezident seçkilərinə son namizədi oldu.