ABŞ: İrana "S-300"lərin satılması nüvə anlaşmasına zidd deyil
https://azeri.sahartv.ir/news/dünya-i217807-abŞ_İrana_s_300_lərin_satılması_nüvə_anlaşmasına_zidd_deyil
ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın İrana "S-300" zenit raket kompleksi satmasının nüvə anlaşmasına zidd olmadığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 11:16 Asia/Baku
  • ABŞ: İrana
    ABŞ: İrana "S-300"lərin satılması nüvə anlaşmasına zidd deyil

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın İrana "S-300" zenit raket kompleksi satmasının nüvə anlaşmasına zidd olmadığını deyib.

İRİB-nin verdiyi məlumata görə, Elizabet Trodo çərşənbə axşamı deyib: İrana "S-300"lərin verilməsi nüvə anlaşmasına və ya BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd deyil.

E.Trodo əlavə edib: Vaşinqton İrana belə bir raket sisteminin verilməsi ilə müxalif olsa da, bu hərəkət nüvə anlaşmasına zidd deyil.

Onun dediyinə görə, ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrov ilə danışıqlarında bu məsələni müzakirə edib.

İran İslam Respublikası dəfələrlə bildirib ki, müdafiə məsələləri ilə bağlı hər hansı məhdudiyyət tanımır.