Serj Sarkisyan Vyana müzakirələrini konstruktiv adlandırdı
-
Serj Sarkisyan Vyana müzakirələrini konstruktiv adlandırdı
Ermənistan prezidenti Vyana müzakirələrini müsbət dəyərləndirib.
ANS telekanalının verdiyi məlumata görə, Serj Sarkisyan bu gün çərşənbə axşamı Vyanadan geri dönərkən öz şəxsi təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Ermənistan Prezident Administrasiyasının sözçüsü Vladimir Hakopyan Serj Sarksiyanın mətbuat konfransı barədə deyib: Ermənistan prezidenti müzakirələrə müsbət baxış ilə jurnalistlərin suallarını cavablandırıb.
Ermənistan Prezident Administrasiyasının İctimai Əlaqələr Şöbəsi də bu gün bildirib ki, Serj Sarksiyan Vyanada Minsk Qrupu həmsədlərinin iştirakı ilə Azərbaycan prezidenti cənab İlham Əliyev ilə görüşüb. Bu görüşdə atəşkəsin möhkəmləndirilməsi barədə razılıq əldə edilib.
Azərbaycan və Ermənistan prezidentləri bu görüşün ardınca müştərək bir bəyanat yayaraq, bildirblər ki, hər iki ölkə münaqişənin həlli ilə bağlı anlaşmanın əldə ediləcəyi zamana kimi atəşkəsə riayətin edilməsi və müzakirələrin davam etdirilməsi barədə üzərlərinə öhdəlik götürür.