Fransada əmək qanununun islahı ilə müxalif olanlardan onlarla nəfər həbs olunub
-
Fransada əmək qanununun islahı ilə müxalif olanlardan onlarla nəfər həbs olunub
Fransa polisi əmək qanununun islahı ilə müxalif olanlardan 87 nəfəri həbs edib.
Frans 24 telekanalının məlumatına görə, çərşənbə günü təqribən 60 min nəfərin iştirakı ilə keçirilən Fransada əmək qanununun islahı ilə müxalif olanların aksiyasının altıncı günündə bu ölkə polisi etirazçılardan 87 nəfəri həbs edib.
Fransa polisinin məlumatına görə, bu aksiyada yeni toqquşmalar baş veribdir ki, bu miqdarda etirazçının həbs olunması ilə nəticələnibdir.
Gözlənilir ki, qarşıdakı günlərdə digər çaxnaşmalar da baş verəcək.
Mart ayının sonlarından Fransada aksiyaların başlanmasından bəri mindən çox etirazçı həbs olunub və təqribən 350 polis və jandarm qüvvəsi yaralanıbdır.
Xalq etirazlarının davam etməsinə rəğmən, Fransa dövləti əmək qanununun islahı layihəsini qəbul etmək əzmindən xəbər verib və milli məclis də ilkin araşdırmada layihəni təsdiq edibdir.
Etirazçılar bu layihəni sahibkarların maraqları istiqamətində bilirlər.