Bir ərəb mediası vurğulayıb ki, həcc zəvvarlarına xidmət göstərilməsi şüarı yalandır
https://azeri.sahartv.ir/news/dünya-i218509-bir_ərəb_mediası_vurğulayıb_ki_həcc_zəvvarlarına_xidmət_göstərilməsi_şüarı_yalandır
Bir ərəb mediası Ali-Səud rejiminin həcc zəvvarlarına xidmət göstərmək üzrə iddiasını yalan adlandıraraq, vurğulayıb ki, səudlar iranlı zəvvarların həccə göndərilməsi yolunda sabotaj edir və onların builki həcc mövsümündə iştirakını əngəlləməyə çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2016 15:02 Asia/Baku
  • Bir ərəb mediası vurğulayıb ki, həcc zəvvarlarına xidmət göstərilməsi şüarı yalandır
    Bir ərəb mediası vurğulayıb ki, həcc zəvvarlarına xidmət göstərilməsi şüarı yalandır

Bir ərəb mediası Ali-Səud rejiminin həcc zəvvarlarına xidmət göstərmək üzrə iddiasını yalan adlandıraraq, vurğulayıb ki, səudlar iranlı zəvvarların həccə göndərilməsi yolunda sabotaj edir və onların builki həcc mövsümündə iştirakını əngəlləməyə çalışırlar.

Təsnim xəbər agentliyinin məlumatına görə, Ələhd xəbər portalı yüksək vəzifəli mənbələrə istinadla yazıb: Səudiyyə təhlükəsizlik qüvvələrinin yüzlərlə iranlı zəvvarın şəhadətilə nəticələnmiş 1987-ci il iranlı həcc zəvvarları əleyhinə cinayətindən sonar ikinci dəfə İran İslam Respublikası bu ilin həcc mövsümünü boykot edir.

Səudiyyə ilə İran İslam Respublikası arasındakı gərgin diplomatik əlaqələr Ərriyadın ardıcıl gərginlik yaratması və İran qarşısındakı təəssüblü və ifratçı mövqeyinin şiddətlənməsinin ardınca həcc mərasiminin icrasına təsir göstəribdir.

Yəməndə qadınlar və uşaqların hörmətini pozmaq üçün əlindən gələni əsirgəməyən və onlara qarşı cinayətlər törədən səudiyyə rejimi iranlı zəvvarlara qeyri-real və çətin şərtlər qəbul etdirmək, eləcə də təzyiqlər göstərmək yolu ilə minlərlə müsəlmanın həcc əməllərini yerinə yetirməsi qarşısında sabotaj törətmək və Allah Evi ziyarətinin qarşısını almaq üçün öz qarşısında heç bir maneə görmür.