Miqrant böhranının həlli üçün AB-yə müraciət olundu
Avropa Birliyi Komissiyası miqrant böhranının həlli üçün bu birlik üzvlərinin əlavə əməkdaşlığını istəyib
Röytersin məlumatına görə, Avropa Birliyinin miqrant məsələləri üzrə komissarı Dimitris Avrampoulos çərşənbə günü miqrantların Aralıq dənizi ətrafından bu qitənin digər bölgələrinə köçürülməsinə dair bu birliyin komissiyasının layihəsinə toxunaraq deyib: Avropa Birliyinin üzvləri Yunanıstan və İtaliyada olan minlərlə miqrantın qəbulu üçün bu birliyin komissiyasının təsdiqlədiyi qərarı icra etmirlər.
Avrampoulos əlavə edib: Balkandan Almaniyaya yolun bağlandığı zamandan təxminən 46 min miqrant Yunanıstana daxil olub və Avropa ölkələrinin miqrantlıq müraciətinə cavabını gözləyir.
Avropa Birliyi Komissiyası 2015-ci ilin sonlarında Aralıq dənizinin ətrafındakı Avropa ölkələrindən miqrantların qitənin digər bölgələrinə köçürülməsi məqsədilə miqrantların yenidən dəyişdirilməsi üzrə təcili layihəni təsdiqlədi.
Avropa Birliyi Komissiyası son vaxtlar bir hesabatda bildirib: Ötən iki ayda Avropa ölkələrinən nəql olunması qərara alınan 20 min miqrantdan yalnız 563 nəfər Yunanıstan və İtaliyadan digər ölkələrə köçürülmüşdür.