Ankara və AB arasında gərginlik davam edir
-
Ankara və AB arasında gərginlik davam edir
Türkiyə prezidentinin sözçüsü Avropa Birliyinin bu ölkənin terrorizmlə mübarizə qanununu islah etmək üzrə müraciətini əsassız adlandırıb.
Press TV-nin məlumatına görə, İbrahim Kalın çəşənbə günü Ankara şəhərində keçirdiyi mətbuat konfransında bildirib: Türkiyə vətəndaşlarına Şengen vizasının verilməsi qarşılığında bu ölkənin terrorizmə qarşı qanunun islahı üçün Avropa Birliyinin müraciəti əsassızdır və qəbul ediləsi deyildir.
Türkiyə prezidentinin sözçüsü əlavə edib: Ankaranın Avropa Birliyinin müraciəti barəsində mövqeyi aydındır və heç vaxt dəyişməyəcək.
İbrahim Kalın deyib: Türkiyə Ankara və Avropa Birliyi arasında miqrantlar barədə imzalanan anlaşmaya sadiqdir. Lakin Brüsselin müraciəti terror qruplaşmalarıın güclənməsinə səbəb olur.
Bundan öncə çərşənbə axşamı günü də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin terrorizmə qarşı qanununu islah etmək məqsədilə Ankaraya tətbiq olunan təzyiqin nəticəsiz olduğuna toxunaraq Türkiyənin bu təzyiqlərə təslim olmayacağını bildirmişdi.
Türkiyə hökuməti bildirib ki, Avropa Birliyi ilə Türkiyə arasında 18 martda miqrantların Avropaya axınının azaldılması üzrə imzalanan anlaşma tərəflər arasında viza rejimi ləğv olunmadan icra oluna bilməz.
Avropa Birliyi də Türkiyənin terrorizmə qarşı qanununda islahatın aparılmasını istəyib və Ankaranın müxalifət və mətbuat əleyhinə bu qanundan istifadə etməsinə qarşıdırlar.