Nyu-Yorkda polis küçənin ortasında bir kişini öldürdü, qadını isə yaraladı
May 19, 2016 16:52 Asia/Baku
ABŞ polisi növbəti "məhariti"ni göstərdi, yenə küçə ortasında qətl.
Nyu-Yorkun Manhetten rayonunda polis bir kişini öldürüb, bir qadını isə yaralayıb.
Associated Press agentliyi bildirib ki, polis zabiti, soyuq silah gəzdirməkdə şübhəli bildiyi yoldan keçənə atəş açıb. Nəticədə həmən şəxs hadisə yerindəcə həyatını itirib, yaxınlıqda olan qadın isə ağır yaralanıb.
Qeyd etmək lazımdır ki, bu cür hadisələr tez-tez rast gəlinəndir, amerikan polisi tez-tez silahdan istifadə edir.
“The Washington Post” qazetinin məlumatına əsasən, amerikan polisi hər gün iki nəfəri öldürür.