Donald Tramp və Hillari Klintona mənfi münasibət
-
Donald Tramp və Hillari Klintona mənfi münasibət
Amerikalılar respublikaçılar və demokratların prezident seçkilərində öndə gedən namizədlərinə etibar etmirlər. Rəy sorğusunun nəticələri bunu deməyə əsas verir.
PressTV-nin verdiyi məlumata görə, Foks Nyus kanalı tərəfindən aparılan rəy sorğusunun nəticələrinə görə, respondentlərin çoxu Hillari Klinton və Donald Trampın əxlaq dəyərlərinə malik olmadıqlarına və seçkilərdə qələbə çalmaq üçün hər şeyə hazır olduqlarına inanırlar.
Bu rəy sorğusuna görə, respondentlərin təqribən yarısı "əxlaq dəyərlərinə sədaqət" məsələsinin Tramp və Klinton üçün heç bir məna kəsb etmədiyinə inanır.
Respondentlərin 71%-i Hillari Klinton, 65%-i isə Donald Tramp barəsində nəzərləri, namizədlərin qalib gəlmək üçün hər bir yalana hazır olmasıdır.
İnsanlar Donald Tramp və Hillari Klintonun daha çox öz şəxsi maraqlarına fikirləşdirklərini və milli maraqlara önəm vermədiklərini düşünürlər.
Amerikada prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.