"G7" iclasının təhlükəsizliyini 23000 polis təmin edəcək
Yaponiya Polis Agentliyi bu gün cümə bir bəyanat yayaraq, "G7" ölkələri sammitinin təhlükəsizliyinin təmin edilməsinə 23000-dən çox polisin cəlb olunduğunu bildirib.
İRNA-nın məlumatına görə, bu sammit Yaponiya, Amerika, Almaniya, İngiltərə, Kanada, İtaliya və Fransa dövlət başçılarının iştirakı ilə Yaponiyada keçiriləcək.
Yaponiya Polis Agentliyi 4600 polis əməkdaşının sadəcə ABŞ prezidenti Barak Obamanın təhlükəsizliyini təmin etmək üçün ayrılmasından xəbər verib.
Yaponiya dövlətinin verdiyi məlumata görə, sammit Kaşi Kucima adasında keçiriləcək. Ölkə başçılarını qəbul edəcək Çubo hava limanında da minlərlə polis əməkdaşlı təhlükəsizliyi təmin emtəyə çalışacaq.
Yaponiya dövləti iclasın keçiriləcəyi müddət ərzində təhlükəsizliyin tam təmin edilməsi üçün adanın ətrafında yerləşdirilmiş sahil təhlükəsizlik qüvvələrinin sayını da xeyli artırıb.
Digər tərəfdən onlarla xüsusi təyinatlı polis bölməsi pilotsuz uçan aparatlardan istifadə edərək, hava təhlükəsizliyini təmin etməyə çalışacaq.
Yaponiya 2000 və 2008-ci illərdə də bu ölkədə keçirilən sammitin təhlükəsizliyini təmin etmək üçün 20000-dən çox polis əməkdaşını səfərbər etmişdi.