BMT Rəfəh keçid məntəqəsinin açılmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i218698-bmt_rəfəh_keçid_məntəqəsinin_açılmasını_istədi
BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi Qəzzə Zolağında yerləşən Rəfəh keçid məntəqəsinin açılmasını istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2016 12:31 Asia/Baku
  • BMT Rəfəh keçid məntəqəsinin açılmasını istədi

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi Qəzzə Zolağında yerləşən Rəfəh keçid məntəqəsinin açılmasını istədi.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Qəzzədəki humanitar məsələlər üzrə koordinasiya ofisi bir bəyanat yayaraq, Qəzzədə 30.000 fələstinlinin Rəfəh keçid məntəqəsinin açılmasını gözlədiyini bildirib.

Bəyanatda həmçinin deyilir: Bu insanların 2700 nəfəri tələbə, 9500 nəfəri isə xəstədir.

Rəfəh keçid məntəqəsi Qəzzə sakinlərinin xarici dünya ilə yeganə əlaqə yolu sayılır. Amma, Misir rəsmiləri İsrailin istəyi əsasında bu keçid məntəqəsini bağlayıb.

İsrail rejimi 2007-ci ildən bəri Qəzzəni mühasirədə saxlayır.