Türkiyənin yeni baş naziri Binəli Yıldırım kimdir?
-
Türkiyənin yeni baş naziri Binəli Yıldırım kimdir?
Türkiyənin "Ədalət və İnkişaf" partiyasının föqəladə toplantısında yeni sədr Binəli Yıldırım seçilərək Türkiyənin baş nazir postuna layiq görülmüş oldu; bu şəxs - Binəli Yıldırım kimdir?
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, AKP-nin sədri və Türkiyənin baş naziri olacaq şəxs nəqliyyat və rabitə naziri Binəli Yıldırım olub.
"Ədalət və İnkişaf" partiyası - AK partiyanın qurucularından biri sayılır. AK partiyanın yekdilliklə qələbə qazanaraq 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra 58-ci, 59-cu və 60-cı hökümətlərdə Türkiyənin nəqliyyat, dənizçilik və xəbərləşmə naziri postunda, Türkiyə Böyük Millət Məclisi - Parlamentin 22-ci seçkilərində AK partiya İstanbul, 23-cü seçkilərdə AK patiya Erzincan, 24 və 26-cı seçkilərində AK partiya - İzmirdən millət vəkili seçilib. 2014-cü ildə İzmir Böyükşəhər Bələdiyyə sədri üçün yetərli səs toplamadığı üçün ikinci yerlə kifayətlənib. 2014-də Ərdoğanın müşaviri vəzifəsinə gətirilib. 2015-də Davudoğlunun hökümətində Nəqliyyat, dənizçilik və xəbərləşmə naziri postuna yiyələnib.
İlk açıqlaması...
Yıldırım ilk açıqlamasında Türkiyə prezidenti Ərdoğanla əlaqəli çalışacağını (daha doğrusu onun əmrlərini icra edəcəyini) bildirib. Bu açıqlamasından sonra isə o, ölkədəki terroru gündəmdən çıxaracağını önə çəkib.
Davudoğlu qalmaqalında adı keçirdi...
Türkiyə hökümətinə sosial şəbəkə üzərindən çox güclü müxalifət edən "Türkiyənin Assanjı" adlandırılan Fuad Avni, Binəli Yıldırımın oğlu Erkanın Sinqapurda kazinoda çəkilmiş fotolarının üzə çıxmasına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun həyat yoldaşından qisas alınacağnı bildirmişdi. Məhz bu olaylardan sonra Davudoğlunun kürsüsü əsmiş və bir neçə gündən sonra istefasını açıqlamışdı. Məhz, 19 may Yıldırımın AK partiya sədrliyinə elan edilməsiylə bağlı keçirilən partiya tədbirinə Davudoğlunun gəlməməsi deyilənləri isbat etmiş olur.
Müxalif media nə deyir?
Müxalif media Yıldırımı ara-sıra rüşvət və korrupsiyada ittiham edib. Bəzi qəzetlərin yazdığına görə, onun 17 şirkəti, 28 gəmisi və 2 böyük gəmisi var.
Yıldırımın medianın hədəfinə tuş gələn açıqlamalarını təqdim edirik:
*İstirahət günündə işlədilən zaman ölən liman işçisi üçün "biz də işləyirik, böhran var, əlbəttə çalışmalıdır" demişdi.
*Media "Əvvəllər dəlikli dəmir çıxdı mərdlik pozuldu dedik, indi internet çıxdı, həm mərdlik, həm də təhlükəsizlik pozuldu" açıqlamasını hədəfə almışdı.
*İstanbuldakı 3-cü körpüyə Yavuz Sultan Səlimin adının qoyulması vaxtı Yavuzun ələvi qırğınına dair tarixi faktlara əfsanə deyərək, bu iddiaları qəbul etmədiyini açıqlamışdı.
*Medialar həmçinin onun "Yaxta lüks həyat deyil, ehtiyacdır" deməsini də tənqid atəşinə tutmuşdu. O, 445 min avronun böyük pul olmadığını deyərək, oğlu Erkanın yaxta almasında problem görməmişdi.
İzmirdə limanda korrupsiya faktına görə bacanağı həbs olunmuşdu. Bu posta Binəli Yıdırım vasitəsilə gəldiyi heç kəsə sirr deyildi.
Binəli Yıldırım haqqında müsbət və mənfi sözlərə baxmayaraq o, Ərdoğanın istəyilə baş nazirlik kürsüsünə rəsmən əyləşəcəyinə lap az qalıb. Bu postda onun hansı addımları ataraq mədh və ya tənqid atəşinə tutulacağını isə zaman göstərəcək.