İran və Hindistan əməkdaşlığında yeni səhifə
-
İran və Hindistan əməkdaşlığında yeni səhifə
Hindistanın baş naziri İrana səfəri ərəfəsində deyib: İki ölkə əməkdaşlıqlarının yeni səhifəsi formalaşmaqdadır.
Hindistanın baş naziri Narendra Modi İRNA-ya verdiyi eksklüziv müsahibədə İran və Hindistan əlaqələrində yeni səhifənin açılmaqda olduğunu bəyan edərək deyib: Bu yeni əlaqələrdə İranın cənub-şərqində Çabəhar limanı regionun tranzit, enerji və ticarət mərkəzinə çevriləcək.
Region ölkələrinin ticarət və iqtisadiyyat mübadilələrinin genişlənməsində Çabəhar limanının əhəmiyyətinə toxunan Narendra Modi xatırladıb: Çabəharda investisiya fürsətləri İran, Hindistan və ümumilikdə regionun xeyrinə ola bilər.
Hindistan baş naziri İran qazının Çabəhar limanından Hindistanın Gəcratına nəqli boru kəmərinin gələcəyi barəsində deyib: İki ölkə İrandan Hindistana qaz nəqli üçün bütn münasib metodları araşdırırlar.
Modi bildirib: İran və Hindistan ticarət, texnologiya, investisiya, infrastruktur və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıqlarını genişləndirirlər.
Narendra Modi həmçinin İran və Hindistanın regionda sülh və stabilliyin bərqərar olunması sahəsində müştərək mənafe, tarixi və mədəni əlaqələrə malik olduğunu bəyan edərək bildirib: Beynəlxalq terrorizmlə mübarizə iki ölkənin böyük problemlərindəndir.
Hindistan baş naziri Narendra Modi bazar günü yüksək səviyyəli iqtisadi və siyasi heyətin müşayiəti ilə İranın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Tehrana səfər edəcək.
Enerji, infrastrukturlar sahələrində investisiya, İran, Hindistan və Əfqanıstan arasında tranzit anlaşmasının imzalanması, mədəniyyət mübadilələri proqramının imzalanması Modinin Tehran səfəri proqramına daxildir.