Binali Yıldırım : “Məqsədimiz yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir”
May 22, 2016 12:33 Asia/Baku
-
Binali Yıldırım : “Məqsədimiz yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir”
Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən qurultayında partiya sədri postuna yeganə namizəd Binali Yıldırım çıxış edib.
Binali Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yolu ilə getməyə davam edəcəklərini vurğulayıb. Bu barədə APA məlumat verib.
B.Yıldırım "Gülən tərəfdarları"na qarşı mübarizəni də davam etdirəcəyini söyləyib.
O, daha sonra Türkiyəyə yeni konstitusiya və prezident üsuli-idarəsini gətirəcəklərini bildirib.
“Bu gün məqsədimiz, yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir.” deyə Binali qeyd edib.
Qeyd edək ki, AKP sədri və baş nazir Əhməd Davudoğlu 5 mayda keçirdiyi mətbuat konfransında partiya sədrliyi və baş nazirlikdən gedəcəyini açıqlamışdı.