AKP-nin yeni sədri və Türkiyənin yeni baş naziri təyin olunub
https://azeri.sahartv.ir/news/dünya-i218914-akp_nin_yeni_sədri_və_türkiyənin_yeni_baş_naziri_təyin_olunub
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ali qurultayı bu ölkənin keçmiş nəqliyyat nazirini partiyanın sədri və ölkənin yeni baş naziri vəzifəsinə təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2016 15:13 Asia/Baku
  • AKP-nin yeni sədri və Türkiyənin yeni baş naziri təyin olunub

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ali qurultayı bu ölkənin keçmiş nəqliyyat nazirini partiyanın sədri və ölkənin yeni baş naziri vəzifəsinə təyin edib.

Röytersin verdiyi məlumata görə Binalı Yıldırım bu gün AKP-nin yeni sədri və ölkənin yeni baş naziri vəzifəsinə təyin olunub.

Məlumata görə, Yıldırım Ədalət və İnkişaf Partiyası qurultayının 405 üzvünün hamısının səsini qazana bilmişdir.

AKP-yə yeni sədr və ölkəyə yeni baş nazir ona görə təyin olunur ki, keçmiş sədr və baş nazir Əhməd Davudoğlu prezident Rəcəb Təyyib Ərdoğanla fikir ixtilaflarına malik olduğuna görə may ayının 5-də öz vəzifəsindən istefa verdi.