Putinin Əsədə müraciəti
https://azeri.sahartv.ir/news/dünya-i219061-putinin_Əsədə_müraciəti
Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşşar Əsədə müraciətdə Moskvanın Suriya əleyhinə terror hədələri ilə mübarizəyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 05:14 Asia/Baku
  • Putinin Əsədə müraciəti
    Putinin Əsədə müraciəti

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşşar Əsədə müraciətdə Moskvanın Suriya əleyhinə terror hədələri ilə mübarizəyə hazır olduğunu bildirib.

IRNA-nın məlumatına görə, Putin bu müraciətdə bazar ertəsi günü Suriyanın iki şəhərində baş vermiş partlayışlarda onlarla nəfərin həlak olması münasibətilə başsağlığı verib.

Suriyanın qərbində yerləşən Cəbələ və Tərtus şəhərləri bazar ertəsi günü yeddi terror hücumunun şahidi olublar. Medialar həlak olanların sayını 130 nəfər elan edib və İŞİD də bu partlayışların məsuliyyətini öz üzərinə götürüb.

Putin öz müraciətində bu kədərli hadisələri suriyalılara qarşı qanlı savaş salmış terror qruplarının bəşəriyyətə zidd və vəhşicəsinə mahiyyətinə digər bir dəlil adlandırıb.