Ərdoğan Türkiyənin yeni nazirlər kabinetini təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i219118-Ərdoğan_türkiyənin_yeni_nazirlər_kabinetini_təsdiqləyib
Türkiyə prezidenti Bin Əli Yıldırımın baş nazirliyi ilə bu ölkənin yeni dövlətinin tərkibini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2016 14:53 Asia/Baku
  • Ərdoğan Türkiyənin yeni nazirlər kabinetini təsdiqləyib
    Ərdoğan Türkiyənin yeni nazirlər kabinetini təsdiqləyib

Türkiyə prezidenti Bin Əli Yıldırımın baş nazirliyi ilə bu ölkənin yeni dövlətinin tərkibini təsdiq edib.

Fars xəbər agentliyinin məlumatına görə, Türkiyə dövləti bir bəyanatda bildirib ki, Rəcəb Tayyıb Ərdoğanın təsdiqi ilə Toğrul Türkaş, Məhəmməd Şimşək və Niman Kurtulmuş yeni dövlətdə baş nazir müavinləri vəzifələrində qalıblar və Veysi Kaynak və Nurəddin Canıklı da yeni nazirlər kabinetinə daxil olıublar.

Yeni dövlətin üzvlərindən həmçinin Naci İqbal-maliyyə naziri, Fikri İşık-müdafiə naziri, Nəhad Zikçi-iqtisadiyyat naziri, Nəbi Avçı-mədəniyyət və turizm naziri və Ömər Çelik Avropa İttifaqı işləri naziri olacaqlar.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala və energetika və təbii mənbələr naziri Bərat Albayraq Türkiyənin yeni nazirlər kabinetində öz vəzifələrində bərpa olunublar.