Rusiyanın Qərbə qarşı qarşılıqlı sanksiyaları davam edir
https://azeri.sahartv.ir/news/dünya-i219424-rusiyanın_qərbə_qarşı_qarşılıqlı_sanksiyaları_davam_edir
Rusiyanın baş naziri 7-lər qrupu başçılarının təhdidindən sonra bildirib ki, Moskvanın Qərbə qarşı qarşılıqlı sanksiyalarının daha bir il müddətinə uzadılması təklifi bu ölkə prezidentinə təqdim olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2016 03:10 Asia/Baku
  • Rusiyanın Qərbə qarşı qarşılıqlı sanksiyaları davam edir
    Rusiyanın Qərbə qarşı qarşılıqlı sanksiyaları davam edir

Rusiyanın baş naziri 7-lər qrupu başçılarının təhdidindən sonra bildirib ki, Moskvanın Qərbə qarşı qarşılıqlı sanksiyalarının daha bir il müddətinə uzadılması təklifi bu ölkə prezidentinə təqdim olunacaq.

IRNA-nın məlumatına görə, Dmitri Medvedev deyib ki, Rusiya prezidentinə Moskvanın Qərbə qarşı qarşılıqlı sanksiyalarının daha bir il müddətinə uzadılması təklifini verəcək və dövlət də Rusiya əleyhinə sanksiyalara cavab vermək üçün cavab tədbirlərini hazırlayacaq.

7-lər qrupunun başçıları Yaponiyada hədələyici bir bəyanatla çıxış edərək, bildiriblər ki, Rusiyanın Ukrayna məsələsinin həlli üzrə Minsk razılaşmasını icra etməyəcəyi halda, Moskva əleyhinə sanksiyalar uzadılacaq və hətta artırılacaqdır.

Məlumatlara əsasən, 7-lər qrupu başçılarının bəyanatında qeyd olunub ki, Moskva əleyhinə sanksiyalar onun Minsk razılaşmasındakı öhdəliklərinə əməl edəcəyi halda ləğv olunacaq.

7-lər qrupunun başçıları habelə təhdidlə bildiriblər ki, lazım gələrsə və Rusiyanın hərəkətləri bais olarsa, bu ölkə əleyhinə daha çox sanksiyalar tətbiq olunacaq.

Moskva 2014-cü ilin avqustunda Ukrayna məsələsi ilə bağlı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiya əleyhinə tətbiq edilmiş sanksiyalara cavabda bu ölkələrdən kənd təsərrüfatı məhsulları və müəyyən qida maddələrinin satın alınmasını qadağan etdi.