Putin: Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcəyik
https://azeri.sahartv.ir/news/dünya-i219445-putin_suriyanın_liviya_və_somali_kimi_olmasına_icazə_verməyəcəyik
Rusiya prezidenti Vladimir Putin deyib: Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2016 05:52 Asia/Baku
  • Putin: Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcəyik
    Putin: Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcəyik

Rusiya prezidenti Vladimir Putin deyib: Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcəyik.

IRNA-nın məlumatına görə, Afinaya 2 günlük səfərə çıxmış Putin Yunanıstanın baş naziri Aleksis Siprasla birgə mətbuat konfransında Suriyanın vəziyyətinə işarə edib. O deyib ki, Rusiya Suriyanın Liviya və Somali kimi olmasına icazə verməyəcək.

Putin əlavə edib: Rusiya qırıcıları terrorçuların mövqelərini hədəfə alırlar və Suriyanın ordusu və xalqı ilə işləri yoxdur və bu addım terrorçuluğun kökünün kəsilməsi, eləcə də region və dünyada sabitlk və təhlükəsizliyin yaradılması üçün vacib bir məsələdir.

Amerikanın fəaliyyətini tənqid edən Rusiya prezidenti söyləyib: Amerika öz vədləri və öhdəliklərinə əməl etmir. Misal üçün, bu ölkənin Rusiyanı hədələyən Rumıniya və Polşada raket sistemləri yerləşdirmək üzrə səylərinə işarə etmək olar.

Putin əlavə edib: Amerikanlar iddia edirdilər ki, bu raketlər İranın nüvə təhdidləri ilə mübarizə üçün Rumıniyada yerləşdirilir, amma 5+1 qrupu ilə anlaşmadan sonra İranın dinc nüvə işi məsələsinin həll olnuduğu hazırkı şəraitdə nə üçün Amerika Rumıniya və Polşada raket sistemlərini yerləşdirməyə təkid etməkdə davam edir?

Rusiya prezidenti Suriya böhranının həlli gedişində bəzi ərəb ölkələrinin rolunun konstruktiv olmamasına işarə edərək, deyib: Təəssüflər olsun ki, regiondakı ərəb ölkələrindən bir qrupu bu istiqamətdə addım atmır.

Yunanıstanın baş naziri də bu birgə mətbuat konfransında deyib: Yunanıstan Suriya böhranının dialoq yolu ilə həllini dəstəkləyir və hamı mühacirlərin Avropa ölkələrinə hücum çəkmələrinə səbəb olmuş bu böhranın tez bir zamanda həlli üçün səy göstərməli və addım atmalıdır.