Türkiyədə Gülən camaatı ilə həmkarlıq ittihamı ilə 37 nəfər həbs olunub
May 28, 2016 14:46 Asia/Baku
-
Türkiyədə Gülən camaatı ilə həmkarlıq ittihamı ilə 37 nəfər həbs olunub
Türkiyənin Mersin, Zunquldak və Sparta vilayətlərində "Gülən camaatı" ilə həmkarlıq ittihamı ilə 37 nəfər həbs olunub.
IRNA-nın Türkiyənin xəbər mənbələrinə istinadlı məlumatına görə, bu məhbuslar arasında Sparta universitetinin sabiq prorektoru, bəzi universitet müəllimləri və iş adamları mövcuddur.
Deyilənlərə görə, həbs olunanların böyük bir hissəsi "Gülən camaatı"nı maliyyələşdirməkdə ittiham olunur.
Türkiyə dövləti iki il bundan öncədən bəri "Gülən camaatı"nın dövlət çevrilişi niyyətində olması adı altında bu qrupa aid mediaların müsadirəsi, onun maliyyə mənbələrinin kəsilməsi və tərəfdarlarının yatırılması üçün geniş əməliyyata başlayıbdır.
Ötən günlər ərzində də "Gülən camaatı"na aid olan "Saman yolu" telekanalı bağlandı.