BMT suriyalı miqrantların vəziyyəti haqda xəbərdarlıq etdi
-
BMT suriyalı miqrantların vəziyyəti haqda xəbərdarlıq etdi
BMT-nin Qaçqınların məsələləri üzrə Ali Komissarlığı suriyalı miqrantların vəziyyəti barədə xəbərdarlıq edib.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, BMT-nin Qaçqınların məsələləri üzrə Ali Komissarlığı şənbə günü bir bəyanatda bildirib: Təxminən 165 min nəfər Suriyanın şimalında Hələb şəhərində qarşıdurmaların davam etməsinə görə, öz ev-eşiyini tərk etmiş və Əəzaz şəhərinin ətrafında acınacaqlı şəraitdə yaşayır.
Ali Komissarlıq əlavə edib: Əəzaz şəhərinin ətrafına köç edən şəxslər içməli su, ərzaq maddələri və səhiyyə xidmətlərinə dərhal ehtiyaclıdır.
Cümə axşamı günü Ceyşül-İslam terror qruplaşması Hələbdə əl-Zəhra və əl-Xalidiyyə məhəllərinə minaatanlarla hücum ediblər.
İŞİD, əl-Nüsrə Cəbhəsi və BMT-nin terror qruplaşması elan etdiyi digər terror qruplaşmaları atəşkəs razılaşmasına şamil olmurlar və onlarla mübarizə davam edir.