İstanbulda sionizmə qarşı yürüş
https://azeri.sahartv.ir/news/dünya-i219595-İstanbulda_sionizmə_qarşı_yürüş
Türkiyənin İstanbul şəhərində minlərlə nəfər sionistlərə qarşı yürüş keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2016 05:27 Asia/Baku
  • İstanbulda sionizmə qarşı yürüş
    İstanbulda sionizmə qarşı yürüş

Türkiyənin İstanbul şəhərində minlərlə nəfər sionistlərə qarşı yürüş keçirib.

İRNA-nın məlumatına görə, sionistlərə qarşı və "Fələstin Yaşa" şüarları verən etirazçılar Mavi Mərmərə gəmisinin həlak olanlarının xatirəsini anıblar.

İstanbul sakinləri sionist rejim qüvvələrinin 2010-cu ildə Mavi Mərmərə gəmisinə hücumunun 6-cı ilində Tunel meydanından Qalatasaray meydanına yürüş keçiriblər.

Sionist rejim qüvvələri Qəzzə əhalisinə humanitar yardımları aparan Mavi Mərmərə gəmisinə hücumunda 9 nəfər həlak oldu, bir qrup da yaralandı.

Türkiyənin Humanitar Yardımlar İnstitutunun rəsmiləri bu yürüşdə etdikləri çıxışında bildiriblər ki, sionist reim və Mavi Mərmərə faciəsi qatillərinə qarşı öz şikayətlərindən əl çəkməyəcəklər.

Mavi Mərmərə gəmisində həlak olanların yaxınları da İstanbul məhkəməsindən sionist rejimin silahlı qüvvələrinin baş komandanı və ordunun müştərək qərargahının rəisi, təhlükəsizlik xidmətinin sabiq rəisi və dəniz və hava qüvvələrinin sabiq komandanlarının həbs olunmasını tələb ediblər.

İstanbul məhkəməsi 3 il öncə qiyabi şəkildə Mavi Mərmərə gəmisinə hücumda iştirak edən sionist rejimin bəzi komandanlarının mühakiməsinə başlayıb. Lakin indiyə qədər nəticə əldə etməyib.