Putin Türkiyəyə üzrxahlıq şərti qoydu
https://azeri.sahartv.ir/news/dünya-i219598-putin_türkiyəyə_üzrxahlıq_şərti_qoydu
Rusiya prezidenti Türkiyə ilə əlaqələrin yaxşılaşmasını bu ölkə rəsmilərinin üzr istəmələri ilə şərtləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2016 05:28 Asia/Baku
  • Putin Türkiyəyə üzrxahlıq şərti qoydu
    Putin Türkiyəyə üzrxahlıq şərti qoydu

Rusiya prezidenti Türkiyə ilə əlaqələrin yaxşılaşmasını bu ölkə rəsmilərinin üzr istəmələri ilə şərtləndirib.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin şənbə günü bildirib: Türkiyə ilə əməkdaşlıq və əlaqələrin normallaşması üçün şərait dəyişməyib.

Rusiya prezidenti əlavə edib: Ankara Moskvanın təklif etdiyi şəraiti və üzr istəməyi qəbul etmədiyi zamana qədər, əlaqələr öncəki kimi olmayacaq.

Putin bildirib: Türkiyənin Suriya hava zolağında Su-24 təyyarəsini vurmaqla Rusiya ilə əlaqələri korlamasının səbəbi bəlli deyil.

Rusiya prezidenti deyib: Rusiyanın Türkiyə ilə əməkdaşlıqlarının yenidən başlanması üzrə mövqeyi üzr istəmək, vurulan təyyarəyə görə kompensasiyanın ödənməsi və gələcəkdə belə hadisənin təkrarlanmaması üzrə öhdəlik götürməklə şərtlənmişdir.

Rusiya hərbi təyyarəsi vurulduqdan sonra, iki ölkə başçılarının görüşünü ləğv etməkdən əlavə, Türkiyə əleyhinə ağır sanksiyalar, o cümlədən iki ölkə vətəndaşlarının vizasız səfərini ləğv etmiş, ərzaq və kənd təsərrüfatı məhsullarına sanksiyalar tətbiq etmişdir.