İtaliyada miqrantların vəziyyəti ağırdır
https://azeri.sahartv.ir/news/dünya-i219622-İtaliyada_miqrantların_vəziyyəti_ağırdır
İtaliyada miqrantların qəbul olunması üçün böyük təbliğatların getməsinə baxmayaraq, ekspertlərin qənaətincə, bu günə qədər İtaliyaya sığınan miqrantların əksəriyyəti münasib şəraitdə yaşamır və elə buna görə, bu ölkəni tərk etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2016 10:41 Asia/Baku
  • İtaliyada miqrantların vəziyyəti ağırdır
    İtaliyada miqrantların vəziyyəti ağırdır

İtaliyada miqrantların qəbul olunması üçün böyük təbliğatların getməsinə baxmayaraq, ekspertlərin qənaətincə, bu günə qədər İtaliyaya sığınan miqrantların əksəriyyəti münasib şəraitdə yaşamır və elə buna görə, bu ölkəni tərk etməyə çalışır.

Hər gün Aralıq dənizində müharibədən əziyyət çəkən didərginlərin boğulması ilə insan faciəsinin cəhətləri daha da genişlənir.

Ötən 4 ay ərzində aralıq dənizində boğulanların sayı 1400 nəfərə çatıb. Ötən 3 gün ərzində miqrantları aparan 3 qayığın Aralıq dənizində qərq olması ilə yüzlərlə miqrant dünyasını dəyişmişdir. İtaliya KİV bildirib ki, müharibə və terrorizmdən qaçmaq və İtaliya sahillərinə çatmaq istəyərkən həlak olan miqrantların sayı 500 nəfərdən çoxdur. Onların 48-nin cəsədi aşkarlanıb və sudan çıxarılmışdır.

Halbuki güzəranı ağır vəziyyətdə olan onlarla miqrant Roma şəhərinin mərkəzinə toplaşaraq öz ağır şəraitinə etiraz edib.

Bir etirazçı miqrant deyib: İtaliyada vəziyyətimizlə maraqlanmırlar. 2 ildən çox müddətin keçməsi ilə bizim bir qrupumuz hələ də düşərgələrdə və miqrantları qəbul edən mərkəzlərdə yaşayır. Bir qrupu da küçələrdə gecələyir. Biz taleyimizin nə olacağını bilmirik.

Başqa bir etirazçının sözlərinə görə, bizə haqq-hüquq verilmir. İndi iki ildir ki, İtaliyada naməlum vəziyyətdəyik. Və bizə kimliyi təsdiqləyən heç bir sənəd verilməyib. Avropa yalançı behiştdir.

İtaliyanın Kütləvi İnformasiya Vasitələri bildiriblər ki, ötən 3 gün ərzində 6 minə yaxın miqrant bu ölkənin dəniz qüvvələrinin köməyi ilə İtaliyaya daxil olmuşdur.