ABŞ Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
-
ABŞ Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
Yəmənin Ənsarullah Xalq Hərəkatı ABŞ-ın Ərəbistana kasset bombaların təhvil verilməsinin dayandırılmasını Ali-Səudun Yəməndə bu bombalardan istifadə etdiyinə dair etirafı adlandırıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Yəmənin Ənsarullah Xalq Hərəkatının üzvü və Küveyt Müzakirələrində məhbuslar komitəsinin nümayəndəsi Nasir Məhfuz deyib: ABŞ-ın Ərəbistana kasset bombalarını təhvil verməməsi Yəməndə sivillərin sayının artmasından nigaranlığa görədir. Bu məsələ Vaşinqtonun beynəlxalq səhnədə istifadəsi qadağan olunan bu bombalardan Ər-Riyadın istifadə etdiyinə dair etirafıdır.
Nasir Məhfuz əlavə edib: Ərəbistanın Yəmənə hücumu sona çatdıqdan sonra Ənsarullah Hərəkatı bəşəriyyət əleyhinə cinayət ittihamı ilə Ərəbistandan beynəlxalq məhkəmələrə şikayət edəcəkdir.
Nasir Məhfuz həmçinin Yəməndə insan vəziyyəti barədə xəbərdarlıq edib və deyib: Təiz vilayətində, su, elektrik, yanacaq və səhiyyə imkanları yoxdur və vəziyyət acınacaqlıdır.