ABŞ müsəlmanları Baltimurda bir araya gəliblər
-
ABŞ müsəlmanları Baltimurda bir araya gəliblər
ABŞ-da on minlərlə müsəlman Meriland ştatının Baltimur şəhərində müsəlmanların ən böyük toplantısında iştirak edib.
İSNA-nın məlumatına görə, Şimali Amerika İslam Konqresinin rəhbəri Naim Beyg bu toplantının açılış mərasimində deyib: Builki tədbir Quran mövzusu və onun gözəlliklərinə həsr olunmuşdur.
Naim Beyg əlavə edib: ABŞ müsəlmanlarının vəzifəsi inanclar və Quran barəsində söhbət etməkdir. Müsəlmanların qənaətincə, Quran ilahi kitabdır və bütün suallara cavab verir.
ABŞ Müsəlmanlar Cəmiyyəti Əminlər Heyətinin sədri Nədim Sədiq də bu toplantıda deyib: Quranın məqsədi cəmiyyətin inkişafı və oyanışıdır. Cəmiyyətin ayıqlığı üçün münasib işlər görülməlidir ki, problemlər aradan qalxsın.
ABŞ müsəlmanlarının islamofobiya, ayrı-seçkilik və digər önəmli problemlərlə mübarizə aparmaları bu toplantıda araşdırılıb.