İran-İsveç iqtisadi toplantıda Zərifin çıxışı
https://azeri.sahartv.ir/news/dünya-i219883-İran_İsveç_iqtisadi_toplantıda_zərifin_çıxışı
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İranı bütün şirkətlər üçün təhlükəsiz investisiya mühiti adlandırıb və hamını İranda investisiya qoymağa çağırıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2016 11:55 Asia/Baku
  • İran-İsveç iqtisadi toplantıda Zərifin çıxışı
    İran-İsveç iqtisadi toplantıda Zərifin çıxışı

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İranı bütün şirkətlər üçün təhlükəsiz investisiya mühiti adlandırıb və hamını İranda investisiya qoymağa çağırıb

İRNA-nın verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Stokholmda İran-İsveç iqtisadi toplantısında etdiyi çıxışında deyib: Bu toplantıda iştirak edən iranlılar İsveçin iqtisadiyyatında fəaldırlar, hamı bilir ki, iranlılar ciddi və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalan insanlardırlar.

İranın xarici işlər naziri İran İslam Respublikasının ətraflı müştərək təşəbbüs proqramında (BƏRCAM) öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi və heç bir sahədə sözündən dönmədiyini vurğulayaraq deyib: Ümid edirik ticarət qrupunun əməkdaşlığı ilə BƏRCAM-ın səmərələrindən faydalanmaq mümkün olacaq.

Zərif İsveçin iqtisadiyyat sahəsində fəaliyyət göstərənləri İranla əməkdaşlığa çağırıb və deyib: İranlı gənclər müxtəlif sahələr o sıradan İCT, dərman və nüvə elmləri üzrə yüksək ixtisasa malikdirlər və bütün bu sahələri artıq yerliləşdiriblər, bunlar daxili potensial və qabiliyyətlər hesabına mümkün olub.