Türkiyə Almaniyadakı səfirini geri çağırıb
Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib: “Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”.
Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: “Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
Keniyada səfərdə olan bildirib: “Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək”.