İyun 09, 2016 13:07 Asia/Baku
  • Avropa Parlamenti
    Avropa Parlamenti

Avropa Parlamentinin üzvləri Türkiyə Böyük Millət Məclisində(TBMM) kürd deputatların toxunulmazlıq haqqının ləğv edilməsini tənqid ediblər.

İRİB-nin verdiyi məlumata görə, Rumıniyanın Xristian Demokrat Partiyasının və Avropa Parlamentinin üzvü Kristian Dan Preda Türkiyə dövlətinin kürd deputatların toxunulmazlıq haqqını ləğv etməsini tənqid edib və deyib: 138 deputatın toxunulmazlıq haqqının ləğv edilməsi qeyri-adidir.

Dan Preda əlavə edib: TBMM-də olan kürd deputatlar kürd vətəndaşların nümayəndələridirlər və Türkiyə dövləti öz hərəkəti ilə onlara hörmətsizlik etmiş olub.

Avropa Parlamentinin Hollandiyadan olan üzvü Kati Piri də bu barədə deyib: "Türkiyə dövlətinin bu h ərəkəti demokratik prinsiplərə ziddir və siyasi görüşlərinə görə müxaliflərin susdurulması sayılır".

Piri əlavə edib:Türkiyə dövləti öz müxaliflərini bu kimi hərəkətlərlə susdura bilməz.

TBMM 21 may 2016-cı il tarixində bir qanun layihəsi qəbul edərək, müxalif deputatların toxunulmazlıq haqqını ləvğ edib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da çərşənbə axşamı bu qanun layihəsini imzalayıb. Bununla da həmin 138 deputatın mühakimə edilməsinə zəmin yaranıb.

Teqlər