İyun 20, 2016 16:51 Asia/Baku
  • Frank-Valter Ştanmayer NATO-nu qınayıb
    Frank-Valter Ştanmayer NATO-nu qınayıb

Almaniya xarici işlər naziri NATO-nun anti-rus mövqelərini tənqid edib

Mehri agentliyinin Almaniya radiosuna istinadlı məlumatına görə, Frank-Valter Ştanmayer Avropa Birliyi XİN başçılarının Luksamburq iclasından öncə NATO-nun Rusiyaya qarşı mövqelərinə ciddi tənqid yeri olduğunu deyib

Frank-Valter Ştanmayer təcrübələrə əsasən məhdudlaşdırıcı siyasətlərin heç də yaxşı sonu olmadığını xatırladıb və deyib: Rusiya ilə hər hansı çaxnaşmalı vəziyyətin aradan qaldırılmasına çalışmalıyıq.

Almaniyanın xarici işlər naziri dünən də demişdi: Rusiyanın Minsk razılaşmasının bəndlərinə sədaqət nümayiş etdirdiyini gördükdə Avropa Birliyi bu ölkəyə qarşı sanksiyaları tədricən ləğv etməlidir.

Frank-Valter Ştanmayerin bu sözləri Almaniya iqtidarında Rusiyaya qarşı siyasət barədə ciddi ixtilafların olduğundan xəbər verir.

Frank-Valter Ştanmayerin də üzvü olduğu Almaniyanın Sosial Demokrat Partiyası kansler Angella Merkelin mühafizəkar partiyası ilə müqayisədə Moskva barədə daha sülhsevər mövqelərə dəstək verir.

Teqlər