Avropa Şurası Türkiyədə insan haqlarının pozulmasını pisləyib
-
Avropa Şurası Türkiyədə insan haqlarının pozulmasını pisləyib
Avropa Şurası Türkiyədə insan haqlarının pozulmasını pisləyib.
Röyters-in məlumatına görə, Avropa Şurasının Parlament Assambleyası dünən Türkiyəni insan haqlarının pozmaqda və qanun hökumətinə sadiq qalmamaqda ittiham edib.
Bu məlumata görə, Avropa Şurasının parlament orqanının üzvləri dünənki iclasda Türkiyədə insan haqlarına riayət tərzinə nəzarət vacibliyinə dair qətnamə layihəsini araşdırıblar.
Bu qətnamənin qəbul olunması simvolik hərəkət hesab olunur.
Rəcəb Tayyıb Ərdoğan dövlətini kəskin tərzdə pisləyən qətnamə 24 əleyhinə və 10 bitərəf səs qarşısında 96 lehinə səslə üzvlər tərəfindən qəbul olunub.
Bu qətnamədə deyilir: Türkiyənin cənub-şərq məntəqələrində insan haqlarının pozulması, anti-terror əməliyyatlarından sui-istifadə və qanun hökumətinin pozulması, söz azadlığı və mediaların azadlığının pozulması ilə bağlı son olaylar bu ölkənin demokratik orqanlarının fəaliyyətlərinin təhdidlə üzləşməsinə bais olubdur.