Almaniyada yaşayan yəmənlilər BMT-nin qərəzli mövqeyinə etiraz etdilər
İyun 27, 2016 15:06 Asia/Baku
Almaniyada yaşayan bir qrup yəmənli Hamburq şəhərində piket təşkil edərək, BMT-nin Yəmənə qarşı təcavüzlərlə bağlı təcavüzkar tərəfi himayə etmə mövqeyini qınayıblar.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, hüquq müdafiəçiləri və siyasətçilərin də qatıldığı bu etiraz aksiyasında BMT-nin Yəmənə təcavüz edən ölkələri himayə etməsi və Yəməndə uşaqlara qarşı törədilən cinayətlərə göz yumması tənqid edilib.
Bu etiraz aksiyasında Yəməndə törədilən cinayətlərlə bağlı bir animasiya da nümayiş etdirilib və izləyicilər tərəfindən yüksək səviyyədə qarşılanıb.