İyul 07, 2016 10:38 Asia/Baku
  • ABŞ polisinin növbəti zorakılığı
    ABŞ polisinin növbəti zorakılığı

Amerikada polis zabitinin qaradərili bir şəxsə tərəf bir neçə dəfə atəş açdığını əsk etdirən video yazının yayımlanması insanların qəzəbinə səbəb olub.

2 polis zabitinin silahsız bir qaradəriliyə qarşı zorakılığının şahidi olan bir mağaza sahibi telefonu ilə baş verənləri qeydə alıb.

Luiziana ştatıda baş vermiş bu hadisə ilə bağlı daha öncə yayımlanan video yazı uzaqdan çəkildiyi üçün hadisənin xırda detallarını əks etdirə bilməmişdi.

Polis baş vermiş hadisədə qətlə yetirilən Alton Sterlinq adlı 37 yaşlı qaradərilinin əlində tüfəng olduğunu iddia edirdi.

Amma, Sterlinqin qətlə yetiirildiyi məkanda yerləşən mağaza sahibi Abdullah Muqlahinin çəkdiyi video görüntülərdən aydın olur ki, 2 ağdərili polis zabiti şübhəli şəxsə tərəf atəş açaraq, onu qətlə yetirdikdən sonra, sağ cibindən silah çıxardırlar.

Çərşənbə axşamı günü bu video görüntülərin yayımlanmasının ardınca Luiziana sakinləri aksiya keçirməyə başlayıblar.

Teqlər