NATO-nun RƏM sisteminə etirazlar
Münhen Təhlükəsizlik Konfransının sədri İran ilə 5+1 qrupu arasına nüvə anlaşmasının əldə edilməsinə işarə edərək, artıq NATO-nun RƏM sisteminə ehtiyacın qalmadığını bildirib.
İRNA-nın məlumatına görə, Volfqanq İşinger çərşənbə günü deyib: hal hazırda İranın nüvə işinin başa çatmasını nəzərə alaraq, NATO-nun RƏM sisteminin quraşdırılmasına heç bir səbəb qalmayıb.
O əlavə edib: NATO-nun Rumıniya və Polşada RƏM sistemi quraşdırması Rusiyanın qayğılarının artmasına səbəb olacaq. Halbuki, Almaniya NATO ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsini istəyir.
İşinger həmçinin deyib: NATO məntiqli və ağıllı bir siyasət yürütməli və Rusiya qarşısında təmkinli davranmalıdır. Buna görə də, hamı yeni silahlanma rəqabətini önləməyə çalışmalıdır.
Münhen Təhülkəsizlik Konfransının sədri sonda deyib: NATO-nun Varşava iclası qapıları Rusiya ilə əməkdaşlığa açmalıdır. Çünki, Rusiya ilə dialoq silahlanmaya nəzarəti təmin edə bilər.