Rusiya Duması Türkiyəyə: NATO-dan çıxın!
Rusiya Dumasının Müdafiə Komissiyasının sədri Ərdoğana xəbərdarlıq edib ki, Avropanın NATO-da qalmaq üzrə istəklərinə tabe olacağı halda, ölkəsinin regional yerinin gücləndirilməsi üzrə tarixi möveyini itirəcək.
İnterfaks-ın məlumatına görə, admiral Vladimir Komoyedov Avropa Birliyinin Ankaraya qarşı son hədələrinə toxunaraq, deyib ki, Ərdoğan NATO-dan çölə atılacağını gözləməməli və özü bu təşkilatdan çıxaraq, onun qapısını möhkəm çırpmalıdır.
NATO son zamanlar təhdid edərək bildiribdir ki, Türkiyə çevriliş amilləri ilə mübarizə bəhanəsilə öz hərbi və mülki müxaliflərinə qarşı geniş repressiyalara üz tutub və ehtimal üzrə bu hərbi paktdan qovulacaq.
Rusiya Dumasının Müdafiə Komissiyasının sədri bir daha Ərdoğana üzünü tutaraq, deyib: Əgər o, mövcud şəraitə, yəni Avropanın tələblərinə tabe olaraq, ona əməl edərsə, öz ölkəsinin Yaxın Şərqdəki mövqeyini təsbit etmək üzrə tarixi bir fürsəti itirmiş olacaqdır.