İyul 21, 2016 12:35 Asia/Baku
  • 
Kllivlenddə ABŞ bayrağı yandırılıb
    Kllivlenddə ABŞ bayrağı yandırılıb

Amerikalı etirazçılar Vaşinqtonun siyasətlərinə etiraz olaraq, Klivlend şəhərində bu ölkənin bayrağını yandırıblar.

Röyters-in məlumatına görə, özlərini "İnqilabçı klub" adlandıran bir qrup amerikalı etirazçı dünən Vaşinqtonun xüsusən ölkə xaricində hərbi müdaxilələr üzrə siyasətlərinə etiraz edərək, öz ölkəsinin bayrağını Klivlend şəhərində, respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçki kampaniyası məkanı yaxınlığında yandırıb.

Klivlend şəhərinin polis rəisi Kelvin Uilyams bu haqda deyib: Amerika bayrağını Klivlend şəhərində, respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçki kampaniyası məkanı yaxınlığında yandıran etirazçılardan on yeddi nəfəri həbs olunub.

Uilyams əlavə edib: Onların ittihamı, polisə hücum olub, zira bir məmur bayrağın yandığını görəndən sonra alovu söndürmək istəyirmiş, amma etirazçılar bu işə mane olurdular.

Klivlenddə həbs respublikaçıların milli konvensiyasının keçirilməsi dövründə ən böyük həb olub.

Respublikaçıların milli konvensiyası çərşənbə axşamı günü rəsmi surətdə Donald Trampı bu partiyanın həmin ölkənin prezident seçkilərində iştirak üzrə yekun namizədi kimi seçibdir.

Teqlər