Almaniya hökumətinin miqrasiya siyasətlərinə etiraz olundu
https://azeri.sahartv.ir/news/dünya-i227647-almaniya_hökumətinin_miqrasiya_siyasətlərinə_etiraz_olundu
Almaniya hökumətinin miqrasiya siyasətlərinə etiraz edənlər Berlində aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2016 10:01 Asia/Baku
  • Almaniya hökumətinin miqrasiya siyasətlərinə etiraz olundu
    Almaniya hökumətinin miqrasiya siyasətlərinə etiraz olundu

Almaniya hökumətinin miqrasiya siyasətlərinə etiraz edənlər Berlində aksiya keçirib.

Euronews xəbər telekanalının məlumatına görə, Almaniyanın radikal sağçılarının tərəfdarı olan təxminən 800 nəfər kansler Angella Merkelin miqrasiya siyasətlərinə etiraz əlaməti olaraq Berlində aksiya keçirib.

Etirazçılar miqrantların qəbulu siyasətinə son verilməsini tələb edib və Merkelə qarşı birbaşa şüarlar səsləndiriblər. Bayern əyalətinin baş naziri Horst Zihufer də Merkelə qarşı çıxaraq vəziyyətin çox ağır olduğunu və Almaniyanın strategiyalarının indiyə qədər qənaətbəxş olmadığını deyib.

2015-ci ildə Almaniya bir milyondan çox miqrant qəbul edib.