Hindistan Çin sərhədlərində raket bazası yaratmaq istəyir
Hindistan rəhbərliyi " Brahmos" adlı ən yeni raket bazalarını Çin sərhədlərində yerləşdirmək istəyir.
Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, Hindistanın baş naziri Narendra Modinin başçılıq etdiyi Hindistan dovlətinin təhlükəsizlik komitəsi ölkənin Çin ilə həmsərhəd ərazilərində 100 raket və təhlükəsizlik sisteminin yerləşdirilməsi layihəsini qəbul edib.
Öncə bildirilmişdi ki, Hindistan ordusu ölkənin Çin ilə sərhəd bölgələrinə 100 ədəd tank göndərib.
Pakistanın Daun Nyus qəzetinin verdiyi məlumata görə, Hindistan ordusunun Çin ilə münaqişəli olan Ledax bölgəsinə tank yerləşdirməsi iki ölkə arasında sərhəd münaqişəsinin qızışmasına zəmin yaradacaq.
Bu qəzet bildirib ki, bu mövzu iki ölkə əlaqələrinə mənfi təsir göstərərək, həm də Çinin Hindistandakı bir neçə layihəyə investisiyalarını ləngidə bilər.