ABŞ polisi Milvakidə irqçilik əleyhinə etirazları susdurmağa çalışır
ABŞ-ın Viskansin Ştatında, Milvaki şəhərində polis zorakılığı əleyhinə xalq etirazlarının repressiya edilməsi davam edir.
PressTV-nin verdiyi məlumata görə, Milvaki polisi çərşənbə axşamı 10 aksiya iştirakçısının saxlanılmasına işarə edərək, bu etiraz aksiyalarında saxlanılanların sayının 27-yə çatdığını bildirib.
Milvaki şəhər polisi həmçinin polis ilə etirazçılar arasında çıxan toqquşmalarda polisə məxsus 7 avtomobilə ciddi zərər və ziyanların yetirildiyindən xəbər verib.
Milvaki şəhərinin Meri Tom Bert çərşənbə axşamı şəhərdə komendant saatı elan edərək, saat 10-dan sonra gənclərin ictimai məkanlarda və küçələrdə görünməsinin qadağan edildiyini bildirib.
ABŞ rəsmilərinin dediklərinə görə, polis zabitinin açdığı atəş nəticəsində həyatını itirən şəxs Silvil Smit adlı 23 yaşlı afroamerikandır.
Statistik məlumatlara görə, 2015-ci ildən bəri Amerikada 1150 vətəndaş polis tərəfindən qətlə yetirilib.