Avropa Birliyi Ukrayna hadisələri ilə bağlı Rusiyaya inanmır
Avropa Şurasının sədri bildirib ki, Avropa Birliyi Ukrayna hadisələri ilə bağlı Rusiyaya inanmır.
Frans-Press-in məlumatına görə, Avropa Şurasının sədri Donald Tusk dünən bildirib ki, Avropa Birliyi və Ukrayna dövləti Rusiyanın Ukraynanın şərq olayları ilə bağlı hərəkətlərini neqativ dəyərləndirirlər.
Avropa Şurasının sədri əlavə edib: Avropa Birliyi Ukrayna vətəndaşlarının vizasız səfərini alqışlayır. Moskva Kiyevi Krım yarımadasına qarşı terror hücumlarında ittiham edib.
Krım məntəqəsi 2014-cü ildə bir referendumun keçirilməsilə Rusiyaya qatıldı.
Rusiya prezidenti Vladimir Putin də bundan qabaq Ukraynanın təhlükəsizlik orqanlarını Krım yarımadasına qarşı hücumlarda və Ukraynanın şərqindəki Luqansk və Donetsk məntəqələrində döyüşləri şiddətlədirməkdə ittiham edib.