Avq 18, 2016 20:09 Asia/Baku
  • Dünyanın ən böyük hava gəmisinin sınaq uçuşu
    Dünyanın ən böyük hava gəmisinin sınaq uçuşu

Hava gəmisinin düzəldilməsində 30 milyon funt-sterlinqdən çox vəsait xərclənib və gələn beş ildə 100 ədəd gəmi istifadəyə veriləcək.

İRİB-in məlumatına görə, Airlander 10 adlı dünyanın ən böyük hava gəmisi texniki məsələlərə görə bir dəfə proqram dəyişikliyindən sonra, Londonun Kardinqton hava bazasında ilk uçuşunu sona çatdırıb. Təxminən yarım saat davam edən bu uçuşda Airlander müxtəlif hava manevrlərini edib və sağ-salamat şəkildə yerə enib.

İstehsalçı şirkətin icraçı direktoru Mak Glennanın dediyinə görə, 92 metrlik bu uçan aparat təyyarə, hava gəmisi və vertolyot texnologiyasının birləşməsidir. Onun düzəldilməsi üçün 30 milyondan çox funkt-sterlinq xərclənib.

O bildirib ki, Çin şirkəti bu hava gəmisinin texniki dizayn işində rola malik olub.

Mak Glennan deyib: Gələn 5 il ərzində əyləncə, yükdaşıma, sərnişinlərin daşınması, xilasetmə əməliyyatları üçün bu uçan aparatdan 100 ədəd istifadəyə veriləcək. Təyyarənin əksinə olaraq, hava gəmiləri yerdən qalxmaq üçün zolağa ehtiyaclı deyil və yer, su və hətta səhralıqda enmə imkanına malikdir. Bu uçan aparatın maksimum sürəti saatda 100 kilometrdir.

Teqlər