ABŞ-da seçki təbliğatının dəhşətli xərcləri ifşa olunub
-
ABŞ-da seçki təbliğatının dəhşətli xərcləri ifşa olunub
ABŞ Kütləvi İnformasiya Vasitələri bu ölkədə seçki təbliğatı ilə bağlı dəhşətli xərcləri ifşa ediblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-da prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam etdiyi bir halda, bu ölkənin KİV-i bildirib ki, Demokratlar partiyasının namizədi Hillari Klinton ötən ay təxminən 38 milyon dollar, Respublikaçılar partiyasının namizədi Donald Tramp isə 18,5 milyon dollar xərcləyib.
Bu arada Döyçe Völe telekanalı bildirib: Amerika seçkilərində təkcə Amerika şirkətləri deyil, Avropa və ərəb şirkətləri, o cümlədən Ərəbistan şirkətləri də kapital yatırırlar.
Digər tərəfdən Amerikada seçki xərclərinin ödənməsi və Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrin rolunun olması xəbər qalmaqalına çevrilmişdir.
İordaniyanın rəsmi xəbər agentliyi səudiyyəli şahzadə Məhəmməd Bin Salmana istinadla yazı: Ərəbistan Hillari Klintonun təbliğat xərcinin 20%-ni ödəyib və bu xəbər yayımlandıqdan bir neçə saat sonra saytdan götürülüb.
Seçki xərclərinin artması elə bir haldadır ki, Klinton və Tramp 8 noyabr seçkilərinə daha çox amerikalını təşviq etməyə çalışırlar. Digər tərəfdən rəqibin prezidentliyə səlahiyyəti çatmadığını diqqət mərkəzində saxlamaq istəyirlər.