Almaniya Türkiyəyə xəbərdarlıq etdi: Kürdləri vurma!
https://azeri.sahartv.ir/news/dünya-i231886-almaniya_türkiyəyə_xəbərdarlıq_etdi_kürdləri_vurma!
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyə ordusunun Suriyada kürd yaraqlılarına qarşı hücumları barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2016 07:22 Asia/Baku
  • Frank Valter Ştaynmayer
    Frank Valter Ştaynmayer

Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyə ordusunun Suriyada kürd yaraqlılarına qarşı hücumları barədə xəbərdarlıq edib.

Ştaynmayer deyib: Almaniya dövləti Kürdlərə qarşı hücumları dayandıraraq, diqqəti İŞİD ilə savaşa yönəltməsi üçün Türkiyə dövlətinə xəbərdarlıq edir.

 Alman nazir həmçinin PKK yaraqlılarının Türkiyəyə qarşı hücumlarını da pisləyib və kürd yaraqlılarından Türkiyə əleyhinə deyil, İŞİD-ə qarşı savaşmasını istəyib. 

Türkiyə ordusu ötən günlər "Fırat Kalkanı" əməliyyatı çərçivəsində Suriya ərazisinə daxil olaraq, Cerablus məntəqəsini İŞİD-in işğalından azad edib. 

Türkiyə ordusu PKK və İŞİD terrorçuları arasında heç bir fərq olmadığını bildirərək, PKK və YPG qruplaşmasına qarşı hava hücumlarında 25 terrorçunun öldürülməsindən xəbər verib. .